“Turan Tovuz” evdə, “Keşlə” və “Zaqatala” səfərdə qalib gəldi

Futbol üzrə Azərbaycan 1-ci Divizionunda 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

“Qarabağ-2” səfərdə “Səbail-2”-yə, “Sabah-2” isə “Kəpəz”ə qalib gəlib. Dörd qolun qeydə alındığı “Şüvəlan” – “Neftçi-2” matçında qalib müəyyənləşməyib.

Turun mərkəzi görüşündə isə lider MOİK səfərdə əsas izləyicisi “Sumqayıt-2” ilə üz-üzə gəlib. Altı xallıq qarşılaşmada “hərbçilər” qalib gəliblər və zirvədəki mövqelərini daha da möhkəmləndiriblər.

Tura bu gün keçirilən 3 oyunla yekun vurulub. “Keşlə-2” səfərdə “Ağsu”ya 5 cavabsız qolla qalib gəlib. “Zirə-2” doğma meydanda “Zaqatala”ya uduzub. “Turan Tovuz” isə “Qaradağ Lökbatan”la ev oyununda minimal hesabla üstün olub.

Birinci Divizion, 18-ci tur

7 mart

Səbail-2 – Qarabağ-2 0:2
Qol: Elvin Cəfərquliyev, 28. Zamiq Əliyev, 38.
Qırmızı vərəqə: Musa Qurbanlı, 59 (“Qarabağ”).
Hakimlər: Etibar Həsənov, Rahil Ramazanov, Zöhrab Abbasov, Namiq Bəkirov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Nihad Məmmədov.
Bakı. “Bayıl Arena”. 15:00.

Şüvəlan – Neftçi-2 2:2
Qol: Məmməd Quliyev, 22-pen; 38 – Muxtar Əliyev, 12. Əlibəy Məmmədli, 68.
Qırmızı vərəqə: Serxan Fərəcov, 59 (“Şüvəlan”).
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Ruslan Quliyev, Rauf Allahverdiyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“AZAL Arena”. 15:00.

Kəpəz – Sabah-2 0:1
Qol: Eldost Qiyasbəyli, 86.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Elxan Əsgərzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Gəncə şəhər stadionu. 15:00.

Sumqayıt-2 –MOİK 1:2
Qol: Elvin Nəsibov, 76 – İbrahim Qədirzadə, 54. Raul Yaquubzadə, 87-pen.
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Səbuhi Əmrahov, Ziya Nəsirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Sumqayıt. “Sumqayıt Arena”. 15:00.

8 mart

Ağsu – Keşlə-2 0:5
Qol
: Oleq Hüseynov, 12. Elmir Rəhimzadə, 30. Qədir Bayramlı, 61. Salman Cəfərov, 66. Ali Alizade, 72.
Hakimlər: İnqilab Məmmədov, Əli Cəbrayılov, Teymur Teymurov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Ağsu şəhər stadionu. 15:00.

Zirə-2 – Zaqatala 0:2
Qol
: Cavad Kazımov, 28. Sərxan Abdullayev, 75.
Qırmızı vərəqə: Kənan Müslümov, 87 (“Zaqatala”).
Hakimlər: Nail Nağıyev, Namiq Hüseynov, Səbuhi Soltanov, Elçin Məsiyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Bakı. “AZAL Arena”. 15:00.

Turan Tovuz – Qaradağ Lökbatan 1:0
Qol
: Coşqun Süleymanov, 10.
Hakimlər: Orxan Məmmədov, Elmin Süleymanov, Taleh Məmmədov, Ziya Nəsirov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu. 15:00.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button