Upamekano “Bavariya”da!

“Leyptsiq”in müdafiəçisi Dayot Upamekanonun yeni ünvanı bilinib.

Komanda.az xəbər verir ki, 22 yaşlı müdafiəçi karyerasını “Bavariya”da davam etdirəcək. Upamekano Münhen təmsilçisi ilə ilkin razılıq əldə edib.

“Bavariya” klubunun idman direktoru Hasan Salihamiciç də bu faktı təsdiqləyib. O, “Bild” nəşrinə açıqlamasında Upamekano ilə uzun müddətdir danışıqlar apardıqlarını və tərəflər arasında razılıq əldə olunduğunu bildirib.

“Bavariya” Fransa millisinin üzvü üçün “Leyptsiq”ə futbolçunun sərbəstqalma məbləği olan 42,5 milyon avronu ödəyəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button