Klubu 60 milyon tələb etdi, özü 40 milyona razılaşdı

“Leyptsiq”in forvardı Timo Verner karyerasını “Bavariya”da davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. “Leyptsiq”in Verner üçün “Bavariya”dan 60 milyon avro tələb etdiyi bildirilir.

Almaniya mətbuatı Vernerin “Bavariya”yla razılaşdığını, transferin 40 milyon avroya həll olunacağını iddia edir.

“Leyptsiq”lə 2020-ci ilə qədər müqaviləsi olan Verner, bu mövsüm 25 qarşılaşmada iştirak edərək, 13 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button