“Lex” “Qarabağ”dan qorxmamalıdır” – Yakub Jezniçak

“Qarabağ”ın sabiq müdafiəçisi, hazırda Polşanın “Visla” (Plotsk) klubunda forma geyinən Yakub Jezniçak UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Lex” – “Qarabağ” matçına dair fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, Polşa mətbuatına açıqlamasında bunları söyləyib:

“Lex”in püşkdə bəxti gətirmədi. Komanda püşkatmada mövcud olan mümkün rəqiblərdən ən çətinini tapdı. Daha yaxşı püşk ola bilərdi. Onları ilk turda çox çətin səfər gözləyir. Amma “Lex” Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının qrup mərhələsində oynamaq haqqında düşünürsə, “Qarabağ” kimi komandadan qorxmamalıdır”.

Jezniçak keçmiş komandası barədə də məlumat verib: “Qurban Qurbanov artıq 14 ildir ki, komandanın baş məşqçisidir. Ümumiyyətlə, bu komandada stabillik var. Baş menecer Asif Əsgərov da uzun müddətdir ki, “Qarabağ”da işləyir. Kadi Borges çox önəmli futbolçudur. Ötən mövsüm həmçinin, hücumçu İbrahima Vadji heyətə cəlb olunmuşdu. Bu yaxınlarda isə Monteneqro millisinin üzvü Marko Yankoviçi transfer etdilər.”

Xatırladaq ki, Yakub Jezniçak “Qarabağ”ın formasını 2017-2019-cu illər aralığında “Qarabağ”da forma geyinib.

Sabah Poznanda baş tutacaq “Lex” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button