“Levante” kimi komandaya qarşı azlıqda oynamaq çox çətin idi” – Kurtua

İspaniya La Liqasının 21-ci turu çərçivəsində “Levante”yə 1:2 hesabı ilə mığlub olan “Real”ın qapıçısı Tibo Kurtua açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, belçikalı qolkiper məğlubiyyəti belə şərh edib:

“Azlıqda qalmağımız oyunun nəticəsini müəyyənləşdirdi, amma komandamız yaxşı oynadı. “Levante” kimi komandaya qarşı azlıqda oynamaq çox çətin idi. Mübarizəyə davam etməliyik. Çempionat may ayına qədər davam edir, biz də həmin vaxtadək layiqli mübarizə aparmalıyıq. Qalib gəlməyə çalışmalı və digər komandaların məğlubiyyətinə ümid etməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button