Levandovski klubunu dəyişmək istəmir

“Barselona”nın hücumçusu Robert Levandovski klubdan ayrıla bilər. 37 yaşlı futbolçunun klubu ilə müqaviləsinin müddəti bu ilin iyununun sonunda başa çatacaq və artıq yarım ildən sonra azad agent statusu qazana bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir polşalı forvard MLS və Səudiyyə Ərəbistanı klublarının ciddi maraq dairəsindədir. Ancaq Levandovskinin özü “Barselona”da qalmaq niyyətindədir və ən azı daha bir mövsüm Kataloniya təmsilçisinin formasını geyinməyə ümid edir.

O, “Barselona” rəhbərliyi ilə müqavilənin müddətinin uzadılması mövzusunda danışıqlara açıqdır. Bununla belə, hücumçuya maraq göstərən klublar da az deyil. Namizədlər sırasında “Çikaqo Fayr”, “Əl-İttihad” və “Əl-Şabab” yer alır.

Levandovski 2022-ci ilin yayından “Barselona”nın şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button