“Levandovski nə istədiyini dəqiq bilir” – keçmiş futbolçu

“Arsenal”ın keçmiş futbolçusu Rober Pires “Bayern”in hücumçusu Robert Levandovskinin “Barselona”ya mümkün keçidi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sportowe fakty”-ə istinadən xəbər verir ki, keçmiş futbolçu, polşalı forvardın “Barselona” keçidini yaxşı addım hesab edəcəyini deyib:

“Levandovski qeyri-adi oyunçudur. Düşünürəm ki, o, nə istədiyini dəqiq bilir. Mən əminəm, Robert “Barselona”ya keçsə, Xavinin taktikasına çox tez uyğunlaşa biləcək. Onu istənilən komandada görmək xoşdur. O, “Barselona”ya keçsə, bunu çox yaxşı bir addım hesab edərdim”.

Hazırda tərəflər danışıqlar mərhələsindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button