
Levandovski Messini geridə qoydu, birinci oldu
“Barselona” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında dünən evdə “Nyukasl”ı 7:2 hesabı ilə darmadağın etdi. İngiltərədə keçirilən ilk oyun 1:1 hesabı ilə bitmişdi.
Ev sahibi komandanın heyətində Rafinya və Robert Levandovski “sağsağanlar”la matçda dubl etdi, digər qolları isə Mark Bernal, Lamin Yamal və Fermin Lopes vurdu.
Komada.az xarici KİV-ə istinadən xəbər verir ki, bu oyun Levandovski üçün xüsusi olub. Belə ki, “Nyukasl” polşalı forvardın Çempionlar Liqasında qol vurduğu 41-ci komandadır. O, indi bu göstərici ilə turnirin tarixində “Barselona”nın sabiq futbolçusu Lionel Messini keçərək, birincidir.
Hans-Diter Flikin rəhbərlik etdiyi komanda növbəti mərhələdə (1/4) “Atletiko” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



