Mahir “Legiya” ilə məşqlərə nə vaxt başlayacaq?

“Legiya” ilə müqavilə imzalayan Mahir Emrelinin yeni komandasında məşqlərə başlayacağı vaxt məlum olub.

Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu gələn həftədən “Legiya”nın məşqlərinə qoşulacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mahir bu həftənin sonuna qədər əvvəlki zədəsinə görə fərdi qaydada məşq edəcək.

Azərbaycan millisinin də üzvü olan hücumçu dünən “Legiya” ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalayıb.