“Layiqli qələbə qazandıq” – Azər Bağırov

Misli Premyer Liqasının 17-ci turu çərçivəsində bu gün keçirilən “Araz-Naxçıvan” – “Sabah” oyunundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Azər Bağırov fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 2:0 hesablı qələbə qazandıqları oyunu belə şərh edib:

“Maraqlı oyun alındı. Uşaqları təbrik edirəm, yaxşı mübarizə apardılar. Meydanı 3 zonaya bölsək, hər hissədə yaxşı oynadıq. Komanda olaraq layiq olduğumuz qələbəni qazandiq. Futbol adına onu deyə bilərəm ki, vaxtı “öldürmədik”, oyunu mümkün qədər meydanın rəqibə aid hissəsində qurduq. Yekunda da şükürlər olsun ki, qələbə qazandıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button