Komanda yoldaşları və azarkeşlərlə vidalaşdı – “Çelsi”yə keçir

“Sauthempton”un yarımmüdafiəçisi Romeo Lavia komandası və azarkeşləri ilə vidalaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” 19 yaşlı belçikalı futbolçunu transfer etməyə yaxındır. Daha əvvəl onun 53 milyon funt-sterlinq qarşılığında “Çelsi”yə gedəcəyi bildirilirdi.

Lavia 2022-ci ilin iyulunda “Mançester Siti”dən “Sauthempton”a keçib. O, “müqəddəslər”in heyətində 34 oyunda bir qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button