“Latsio”ya verilən cəza daha da sərtləşdirildi

İtaliya Futbol Federasiyasının Apellyasiya Məhkəməsi “Latsio” klubunun və onun prezidenti Klaudio Lotitonun şikayətini təmin etməyib.

Komanda.az xəbər verir ki, koronavirus protokolunun pozulmasına görə 7 aylıq cəzalandırılan funksionerin diskvalifikasiya müddəti artırılıb.

Onun futbolla bağlı fəaliyyətinə bir il qadağa qoyulub. Komandanın həkimləri Fabio Rodia və İvo Pulçinin 1 illik cəzası da qüvvədə saxlanılıb.

Kluba təyin olunmuş cərimənin məbləği isə 50 000 avro artırılaraq, 200 000 avroya çatdırılıb.

Qeyd edək ki, araşdırmalar zamanı Klaudio Lotito və tibbi briqadanın qayda pozuntularına yol vermələri müəyyənləşib. Klub koronavirus testlərinin müsbət nəticələrini gizlədib və xəstələnmiş oyunçuları təcrid etmək əvəzinə ümumi qrupda məşqlərə buraxıb. Söhbət həmin dövrdə koronavirusa yoluxmuş Çiro İmmobile, Lukas Leyva və Tomas Strakoşadan gedir.

“Latsio” rəhbərliyi son qərarı böyük təəccüblə qarşıladıqlarını açıqlayıblar. Onlar yerli mətbuata açıqlamada daha üst məhkəməyə üz tutacaqlarını bəyan ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button