Fransalı futbolçu azarkeşlərlə vidalaşdı – Türkiyə klubuna keçir

“Latsio”nun yarımmüdafiəçisi Matteo Genduzi yaxın günlərdə “Fənərbaxça”ya keçəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun transferi 29 milyon avro qarşılığında tam şəkildə razılaşdırılıb. O, 18-ci turda “Fiorentina” ilə oyundan (2:2) sonra azarkeşlərlə vidalaşıb, tezliklə İstanbul klubuna qoşulacaq.

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri Genduzinin gedişinə belə reaksiya verib:

“Onun bizim gələcək komandanın formalaşmasında əsas oyunçulardan biri olacağını gözləyirdim”.

Fransalı futbolçu “Latsio”da 2023-cü ilin yayından bəri çıxış edir. O, bu mövsümdə bütün turnirlər üzrə 17 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button