“Latsio” futbolçusunu icarəyə verdi

İtaliyanın “Latsio” klubu müdafiəçisi Riza Durmisini icarəyə verib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi 27 yaşlı oyunçunu “Salernitana” klubuna icarəyə göndərib.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Danimarkalı sol cinah müdafiəçisi mövsümün sonuna qədər B Seriyası klubunda forma geyinəcək.

2018-ci ildən “Latsio”da olan Durmisi, bu mövsüm forma şansı qazana bilməmişdi. Ötən il “Nitsa”da icarədə olan Danimarka yığmasının üzvü, daha öncə “Brondbü” və “Betis”də də çıxış edib.