“Barselona”nın prezidenti: “Xavi Gündoğanı inandırdı”

“Barselona”nın prezidenti Xuan Laporta almaniyalı yarımmüdafiəçi İlkay Gündoğanın transferini dəyərləndirib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, türk əsilli almaniyalı futbolçunun xüsusi bacarıqlara sahib olduğunu bildirib:

“İlkay karyerasını nüfuzlu klubda davam etdirməklə bağlı qərar verdi. “Mançester Siti”nin verdiyi pullar onun üçün ikinci plana keçdi. Baş məşqçimiz Xavi də Gündoğanı inandırdı.

Hazırda biz hər zaman böyük klubda oynamaq arzusunda olan təcrübəli futbolçuya sahibik. Xüsusi bacarıqlara sahib, Çempionlar Liqasının qalibi olan futbolçu artıq komandamızda çıxış edəcək”.

33 yaşlı yarımmüdafiəçi “Mançester Siti” ilə 5 dəfə İngiltərə Premyer Liqasının, iki dəfə ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button