Lanqle icarəyə verilir – Premyer Liqa klubuna

“Barselona”nın müdafiəçisi Kleman Lanqle “Tottenhem”ə keçəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 27 yaşlı fransalı futbolçunu satın alma şərti olmadan bir il müddətinə icarəyə götürəcək. Müdafiəçinin maaşının ödənilməsi klublar arasında bölüşdürüləcək.

Lanqle ötən mövsüm kataloniyalıların heyətində bütün turnirlərdə 26 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button