La Liqada təqvim açıqlandı, “el klasiko”ların vaxtı bilindi

Futbol üzrə İspaniya La Liqasında 2020/21 mövsümün təqvimi müəyyənləşib.

Komanda.az xəbər verir ki, yeni mövsümə sentyabrın 13-də start veriləcək. Çempionat gələn il mayın 23-də yekunlaşacaq.

Yeni mövsümün “el klasiko”larının da vaxtı müəyyənləşib. “Real” və “Barselona” arasında ilk matç 7-ci tur çərçivəsində oktyabrın 25-də “Nou Kamp”da keçiriləcək. İkinci “el klasiko” isə 2021-ci ilin 11 aprelində, 30-cu tur çərçivəsində Madriddəki “Santyaqo Bernabeu”da oynanılacaq.

İspaniya La Liqası
1-ci tur


13 sentyabr

Deportivo – Betis
Atletiko – Sevilya
Barselona – Elçe
Eybar – Selta
Kadis – Osasuna
Qranada – Atletik
Real – Xetafe
Valensiya – Levante
Valyadolid – Real Sosyedad
Vilyarreal – Hueska

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button