La Liqada fevral ayının ən yaxşı məşqçisi məlum olub

İspaniya La Liqasında fevral ayının ən yaxşı baş məşqçisinin adı məlum olub.

Komanda.az xəbər verir ki, Marselino Qarsiya Toral bu ada layiq görülüb.

Onun rəhbərliyi altında “Vilyarreal” hər üç qarşılaşmada qələbə qazanıb – “Qranada” (5:1), “Betis” (3:2) və “Valensiya” (3:2).

Mükafat uğrunda Toral “Barselona”nın çalışdırıcısı Xavi və “Real”ın baş məşqçisi Karlo Ançelotti ilə mübarizə aparırdı.

58 yaşlı mütəxəssis 2023-cü ildən “Vilyarreal”I çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button