“Valensiya”dan rekord göstərici

“Valensiya” İspaniya La Liqasının 30-cu turunda “Real”ı məğlub edib.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən görüşdə ev sahibləri yeni rekorda imza atıblar. Belə ki, “Valensiya” bütün turnirlər də daxil olmaqla, son 17 oyundur ki, məğlub olmur. Bu, “yarasalar” üçün rekord göstəricidir. Komanda bundan əvvəl 1941/42 mövsümündə ardıcıl 16 oyunda məğlub olmamışdı.

1919-cu ildə yaranan komanda, hazıda La Liqada 46 xalla 5-ci sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button