La Liqa klubunda yeni baş məşqçi

İspaniyanın “Espanyol” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, uğursuz nəticələr səbəbindən postundan ayrılmağa qərar verən David Qalyeqonu Pablo Maçin əvəz edib.

Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssis əvvəllər “Sevilya”, “Jirona” və “Numansiya”nı da çalışdırıb.

Pablo Maçinin “Espanyol”dakı debüt matçı oktyabrın 20-də “Vilyarreal”a qarşı olacaq.

“Espanyol” La Liqanın cari mövsümündə 8 oyuna cəmi 5 xal toplayıb və 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.