La Liqa klubunda üç nəfərdə koronavirus aşkarlandı

İspaniyanın “Alaves” klubunun kollektivindən koronavirus testi götürülüb.

Komanda.az xəbər verir ki, testlər nəticəsində 3 nəfərin analizi müsbət nəticə verib.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Xəbərdə koronavirus testi müsbət nəticə verən 3 nəfərin dərhal karantinə alındığı diqqətə çatdırılıb. Onlar klubun digər üzvləri ilə təmasda olmayıblar. İnfeksiyaya yoluxan şəxlərin adları açıqlanmayıb.

Qeyd edək ki, daha öncə “Ateltiko”, “Valensiya”, “Betis” və “Qranada” klublarının da bir neçə üzvünün koronavirusa yoluxduğu açıqlanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button