Konte: “Bayramı kubokla qarşılamaq tamam fərqli hissdir”

“Napoli”nin baş məşqçisi Antonio Kon­te İtaliya superkubokunun finalında “Bolonya” üzərində qazanılan qələbədən sonra matçla bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu titulun həm komanda, həm də azarkeşlər üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Futbolçuları bu turnirdə göstərdikləri oyuna görə təbrik etmək istəyirəm. Biz bu kuboku həm özümüz, həm də azarkeşlərimiz üçün bir hədiyyəyə çevirməyi hədəfləmişdik və eyni zamanda onları Milad bayramı münasibətilə təbrik etmək istədik. Bayramı kubokla qarşılamaq tamam fərqli hissdir. Daha əvvəl skudetto qazanmışdıq, indi isə bir sıra çox güclü rəqibləri məğlub edərək superkuboku da kolleksiyamıza əlavə etdik”.

“Napoli” İtaliya superkubokunun finalında “Bolonya”nı 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Kontenin komandası UEFA Çempionlar Liqasının 5-ci turunda evdə “Qarabağ”ı məğlub edib -2:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button