
Kubarsi La Liqa matçını buraxacaq
“Barselona”nın müdafiəçisi Pau Kubarsı İspaniya çempionatının qarşıdakı matçında iştirak etməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Kubarsı UEFA Çempionlar Liqasının “Nyukasl”la oyununda (2:1) ikinci hissədə əvəzlənmişdi. Onda ciddi zədə aşkarlanmasa da, məşqçilər heyəti ehtiyat nümayiş etdirərək, onu dincəltmək qərarına gəlib.
Kataloniyalılar sentyabrın 21-də saat 22:00-da start götürəcək La Liqa matçında “Xetafe”yə qarşı Kubarsi olmadan çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



