Peresdən Kroosa hədiyyə – FOTO

“Real” İspaniya kubokunun 1/4 finalında “Atletiko”nu məğlub edib (3:1).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu görüş “kral klubu”nun futbolçusu Toni Kroos üçün əlamətdar olub. Almaniyalı futbolçu La Liqa təmsilçisinin heyətində 250-ci qələbəsini qazanıb.

“Real”ın prezidenti Florentino Peres 33 yaşlı oyunçuya 250 nömrəli forma hədiyyə edib.

2014-cü ildən İspaniya klubunun formasını geyinən Kroos bu müddətdə 389 matça çıxıb, 27 qol vurub və 87 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button