Kroos karyerasını bu tarixdə bitirə bilər

“Real”ın yarımmüdafiəçisi Toni Kroos 2023-cü ilin yayında karyerasını başa vura bilər.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı almaniyalı Madrid klubu ilə 2022/23 mövsümünün sonunda başa çatacaq müqavilənin uzadılmasını müzakirə etməkdən imtina edib.

Yarımmüdafiəçinin karyerasının zirvəsində ayrılmağı planlaşdırdığı və gənc futbolçuların inkişafına mane olmaq istəmədiyi qeyd edilir.

“Kral klubu” artıq Kroosa əvəzləyici axtarışına başlayıb. Namizədlərdən biri “Flamenqo”nun braziliyalı yarımmüdafiəçisi Qomez da Silvadır.

Kroos bu mövsüm bütün turnirlərdə “Real”ın heyətində 8 matçda 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button