Krivotsyukun komandasına 1 qol bəs etdi

Futbol üzrə Polşa çempionatında 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Krakoviya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü 85-ci dəqiqədə meydana buraxılıb.

“Visla” 17 turdan sonra 28 xalla 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button