Krivotsyuk ilk məğlubiyyəti kənardan izlədi

Polşa çempionatında 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Lodz “Vidzev”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda cari mövsümdəki ilk məğlubiyyətini alıb – 1:2.

Anton Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

“Visla” 7 turdan sonra 16 xalla 18 iştirakçı arasında zirvədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button