Kotsoyev diskvalifikasiya edildi, Azərbaycan Avropa çempionatını 4 medalla bitirdi

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə buraxılmayacaq.

Komanda.az xəbər verir ki, Zelim Kotsoyev yarımfinalda Simeon Katarina (Niderland) ilə dueldə qadağan edilmiş fəndə görə birbaşa “hansoku-make” aldığı üçün bürünc medal görüşündən kənarlaşdırılıb.

Bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) mübarizəni erkən dayandırıblar.

Bununla da, yığma qitə birinciliyini 4 medalla başa vurub. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button