Kosovo klubu APOEL-ə rəqib oldu – Avroliqada

Futbol üzrə Avropa Liqasında 2020/21 mövsümünün ilkin mərhələsində mübarizə davam edir.

Komanda.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib.

San-Marino klubu “Tre Penne” Kosovo təmsilçisi “Qjilani”ni qəbul edəcək. Dünən keçirilməli olan qarşılaşma qonaqların bir futbolçusunda koronavirus aşkarlandığı üçün bu günə baş tutub. Dörd qolun qeydə alındığı matç qonaqların qələbəsiylə bitib.

Bu qələbə sayəsində “Qjilani” Avroliqanın 1-ci təsnifat mərhələsində Kipr APOEL-inə rəqib olub. Bu qarşılaşma avqustun 27-də baş tutacaq.

Qeyd edək ki, ilkin mərhələnin təxirə salınan “Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo) görüşü avqustun 22-də keçiriləcək

Avropa Liqası
İlkin mərhələ

21 avqust

Tre Penne (San-Marino) – Qjilani (Kosovo) – 1:3
Qol: Qay, 16 – Nikaç, 24. Haydari, 64. Hila, 68.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button