Rəsmi: Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı açıqlandı

Koronavirus pandemiyası səbəbiylə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının keçiriləcəyi tarix məlum olub.

Komanda.az xəbər verir ki, turnir gələn il iyulun 23-də start götürəcək. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb. Yarışın bağlanış mərasimi isə gələn il avqustun 8-də keçiriləcək.

Yay Olimpiya Oyunları bu il iyulun 24-də başlamalı idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button