Ronaldo, Messi və Neymarın “instagram”dakı qazancı

Koronavirus pandemiyası dövründə “instagram”da ən çox qazanan futbolçuların adları məlum olub.

Komanda.az xəbər verir ki, bununla bağlı “Daily Mail” nəşri araşdırma aparıb. Martın 12-dən mayın 14-dək olan müddətdə “instagram”da 3 futbolçu 1 milyon funt-sterlinqdən çox pul qazanıb. Bunlar “Yuventus”dan Kriştiano Ronaldo, “Barselona”dan Lionel Messi” və PSJ-dən Neymardır.

Bu futbolçuların hər biri martdan maya kimi 4 reklamlı post paylaşıb. Ronaldo 1,8, Messi 1,2, Neymar isə 1,19 milyon funt-sterlinq qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button