Koronavirusun transfer bazarına təsiri: Mbappedə 21,5 faiz, Neymarda…

“KPMG Football Benchmark” şirkəti koronavirus pandemiyasının futbolçuların transfer dəyərlərinə təsirini araşdırıb.

Komanda.az xəbər verir ki, şirkət, oynadığı liqanı, oyununun təzminat məbləğini, çempionatın davam etdirilib-etdirilməməsini nəzərə alaraq, dəyəri azalan futbolçuların siyahısını hazırlayıb. Araşdırmaya görə, qiymətinin daha baha olması səbəbindən siyahıya PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. Fransalı futbolçunun dəyəri 225 milyon avro idi, lakin pandemiya müddətində bu məbləğ 21,5 faiz azalaraq, 177 milyon avroya düşüb.

Parislilərin digər hücumçusu Neymar da eyni halı yaşayır. Braziliyalı futbolçunun transfer dəyəri 21,7 faiz azalaraq, 175 milyon avrodan 137 milyon avroya düşüb.

Siyahının üçüncü pilləsində Rahim Sterlinq yer alıb. “Mançester Siti”nin 150 milyon avroluq futbolçusunun transfer dəyəri 13,8 faiz azalaraq, 129 milyon avro olub.

Siyahıya görə, Lionel Messi (“Barselona”), Məhəmməd Salah, Sadio Mane (“Liverpul”), Ceydon Sanço (“Borussiya” Dortmund) kimi futbolçuların da transfer dəyəri aşağı düşüb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button