Kor deyilik, problemləri görürük – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasında çempionluq yarışı haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Klopp, son günə qədər mübarizə aparacaqlarını deyib:

“Çətin yarış olacağını bilirdim və hazırda belədir. Çempion olmaq istəyirsənsə, son günə qədər mübarizə aparmalısan. Bu yarışın içərisində olmaq qürurvericidir. Yarış indi daha çox qızışır, kəmərlərinizi bağlayın.

Son matçlarda oyun keyfiyyətimizin aşağı düşdüyünü bilirəm. Bunu dəyişdirməliyik. Kor deyilik, problemləri görürük. Ancaq insanların qabartdığı qədər də, problemimiz yoxdur”.

“Liverpul” turnir cədvəlində 62 xalla liderdir. Bir oyun çox keçirən “Mançester Siti” də 62 xalla liderə şərikdir.

“Liverpul” bu gün, Premyer Liqada 26-cı tur çərçivəsində “Bornmut”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button