“Konyaspor” cərimə ödəyəcək – Emreliyə görə

“Konyaspor” Türkiyə Super Liqasının 26-cı turunda “Qalatasaray”ı məğlub edib (2:1).

Komanda.az xəbər verir ki, Konya təmsilçisi Azərbaycan millisinin hücumçusu Mahir Emreli də daxil olmaqla, 6 oyunçusuna görə cərimə ödəyəcək. Buna səbəb həmin futbolçuların sarı vərəqə alması olub.

Texniki zonada əyləşən bir köməkçi məşqçi də etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalanıb. Qaydalara görə, hər vərəqə konyalıları cərimə ödəməyə vadar edəcək. Eyni zamanda, “Konyaspor” görüş zamanı meydançada yaşanan qalmaqal səbəbindən də cəzalandırılacaq.

“Qalatasaray”la qarşılaşmada 79 dəqiqə meydanda olan Mahir 15-ci dəqiqədə sarı vərəqə alıb.

Xatırladaq ki, Emreli “Qalatasaray”la oyunda zədələndiyi üçün Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə oyunlarında iştirak etməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button