Kontenin mənfi cəhətləri nələrdir? – Keçmiş futbolçusu açıqladı

“Yuventus”un sabiq yarımmüdafiəçisi Klaudio Markizio Turin klubunun keçmiş çalışdırıcısı Antonio Konte ilə “qoca sinyora”nın hazırkı baş məşqçisi Massimiliano Alleqri arasındakı fərqdən danışıb.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Markizio, Kontenin məşqçi kimi mənfi tərəflərini deyib:

“Konte bizim hörmətimizi qazanmaq üçün gəldi və komandanın daxilindəki alovu bir az da alovlandırdı. O, taktika baxımından çox kömək etdi. Onun böyük gücü odur ki, futbolçunun beyninə girə bilir. Kimsə çətinliklərlə üzləşirsə, onları həll etməyə kömək edir. Kontenin mənfi cəhətləri nələrdir? Bəzən o, həddindən artıq təzyiq göstərərək, oyunçulardan enerjilərini çıxarmağa çalışaraq, çox uzağa getdiyini dərk etmir. Amma onun yaxşı karyerası var.

Alleqri, Konte ilə müqayisədə, futbol haqqında tamamilə əks fikirdədir. O, çətin bir zamanda gəldi və vəzifəsi uğurların təməlini qoymaq, bizi daha məsuliyyətli etmək idi. O, bizə meydanın mərkəzində sərbəst hərəkət imkanı verdi ki, bu da bizə həmin il trebl qazanmaq şansı yaratdı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button