“Qarabağ”la oyundan əvvəl “Omoniya”da narahatlıq

Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Omoniya” (Kipr) klubunda heyətlə bağlı problemlər var.

Komanda.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. Xəbərdə, komandanın baş məşqçisi Henninq Berqin “Qarabağ”la oyundan əvvəl heyətlə bağlı narahatlığının olduğu bildirilib.

“Omoniya”da amerikalı yarımmüdafiəçi Miks Diskerudun hələ bir neçə matçı buraxacağı daha əvvəldən bilinirdi. Vitse-kapitan Yannis Kousoulos isə iki aydır ki, komandadan ayrıdır və yaşıl meydanlara qayıdacağı vaxt bəlli deyil. Yarımmüdafiəçi Erik Boteakın durumu isə qeyri-müəyyəndir. Son bir həftədə komandayla məşqlərə qoşulan Eriklə bağlı son qərarı Berq verəcək.

Sentyabrın 30-da keçiriləcək “Omoniya” – “Qarabağ” oyunu saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button