Konfrans Liqası: “Zirə” bu gün səfərdə “Torpedo” ilə qarşılaşacaq

“Zirə” bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda 1-ci təsnifat mərhələsinin cavab oyununda Gürcüstanda “Torpedo”nun qonağı olacaq. Qarşılaşma Kutaisidəki “Şengeliya Arena”da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşün baş hakimi macarıstanlı FİFA referisi Mihali Kapray olacaq.

Cütün qalibi növbəti mərhələdə “Hegelmann” (Litva) – “Payde” (Estoniya) duelinin güclüsü ilə görüşəcək.

Sumqayıtdakı ilk oyunda “Zirə” rəqibini üç cavabsız qolla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button