Konfrans Liqası: Bu gün “Zirə” və “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşəcək

Bu gün Nyonda (İsveçrə) Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Komanda.az xəbər verir ki, “Zirə” və “Araz-Naxçıvan”ın da Konfrans Liqasında rəqibləri müəyyənləşəcək. 

Hər iki təmsilçimiz püşkatma mərasimində yer almayan komandalar arasında yer alacaq.

“Zirə”nin potensial rəqiblər bəlli olub: “Hayduk” (Xorvatiya), “Maribor” (Sloveniya), AEK (Yunanıstan), “DAK Dunayska Streda (Slovakiya), AEK (Larnaka) – “Partizan” (Serbiya) cütünün qalibi.

“Araz-Naxçıvan”ın potensial rəqibləri isə bunlardır: “Başakşəhər” (Türkiyə), “Omoniya” (Kipr), “Aris” (Yunanıstan), “Beytar” (İsrail).

2-ci mərhələnin püşkatması saat 17:00-da başlayacaq. Oyunlar iyulun 24-də və 31-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button