Konfrans Liqası: Bu gün yarımfinal mərhələsi start götürəcək

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, “Aston Villa” doğma meydanda “Olimpiakos”u qəbul edəcək.

Gecənin digər oyununda ötən ilin finalçısı “Fiorentina” İtaliyada Belçika təmsilçisi “Brügge” ilə qarşılaşacaq.

Hər iki oyun saat 23:00-da başlayacaq.

UEFA Konfrans Liqası
Yarımfinal, ilk oyunlar

2 may

23:00. Aston Villa (İngiltərə) – Olimpiakos (Yunanıstan)
“Villa Park” stadionu

23:00. Fiorentina (İtaliya) – Brügge (Belçika)
“Artemio Franki” stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button