“Açığı, ilk qolu biz vursaydıq, qalib gələcəkdik” – Tuxel

UEFA Çempionlar Liqasının final oyununda “Bavariya”ya 0:1 hesabı ilə məğlub olan PSJ-nin baş məşqçisi Tomas Tuxel açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis, komandasıyla qürur duyduğunu bildirib:

“Futbolda şansın vacibliyini unutmamaq lazımdır. Açığı, ilk qolu biz vursaydıq, qalib gələcəkdik. Asan deyil, amma qürur duya bilərik, çünki yaxşı bir şəkildə mübarizə apardıq. Əlimizdən gələni etdik, meydanda canımızı qoyduq, qalib gəlmək üçün hər şey etdik. İlk hissədə yaxşı şanslarımız oldu. Bu oyunda rəqibin qapıçısı Manuel Noyer inanılmaz idi. Hazırda məyusluq yaşayırıq, amma bu, uzun müddət davam etməyəcək. Komandayla qürur duymaq üçün kifayət qədər səbəbimiz var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button