Ançelotti: “Benzema hazırda yaxşı formadadır”

“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının 1/8 finalının “Liverpul”la ilk matçından əvvəl komandası haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “kral klubu”nun hücumçusu Kərim Benzemadan da söz açıb:

“Benzema hazırda yaxşı formadadır. Matça start heyətdə başlayacaq. O, digər oyunçular kimi Çempionlar Liqasının pley-off mərhələsinin başlamasını səbirsizliklə gözləyir.

Keçən il yaşadıqlarımızı hələ unutmamışıq. Biz hələ formalaşma mərhələsindəyik. Narahat deyiləm. Komandama çox inanıram”.

“Real”la “Liverpul” bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində İngiltərədə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button