“Komandanı birləşdirmək lazım idi” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi mövsümün sonunda komandadan ayrılmaq qərarının müsbət tərəfini qeyd edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis qərarının doğru olduğunu bildirib:

“Bizə reaksiya lazım idi. Düşünürəm ki, qərarımın doğru olmasının səbəblərindən biri də bu idi. Komandanı birləşdirmək lazım idi, mənim gedişim buna nail olmağa kömək etdi. İndi futbolçular və azarkeşlər ailə ab-havasını hiss edirlər”.

Bundan əvvəl Xavi 2023/2024 mövsümünün sonunda komandadan ayrılacağını açıqlayıb. Onun rəhbərliyi altında komanda İspaniya çempionatının (2022/2023), eləcə də ölkə superkubokunun (2022/2023) qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button