“Komandamızla qürur duyuram” – Ronaldo

UEFA Millətlər Liqasının final matçında Hollandiya millisinə 1:0 hesabı ilə qalib gələn Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo oyundan sonra açıqlama verib.

Komanda.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu, bu kuboku qazanmaq üçün çox çalışdıqlarını deyib:

“Bu uğurları əldə etmək üçün çox çalışdıq. Azarkeşlərimizə təşəkkür edirəm. Onların dəstəyi bizim üçün çox vacib idi. Azarkeşlərin bizə verdiyi enerjini hiss etdik və komanda olaraq daha yaxşı oynadıq. Komandamızla qürur duyuram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button