Komandam rəqibdən çox üstün idi – Vüqar Məmməd

Bu gün Antalyada təlim-məşq toplanışı çərçivəsində Küveytin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşmadan sonra U-19 yığmasının baş məşqçisi Vüqar Məmməd AFFA-nın rəsmi saytına fikirlərini bildirib.



Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:

“Məşqlərdən və oyunlardan maksimum yararlanmağa çalışırıq. Hava şəraiti proqramımızı bir neçə dəfə dəyişməyə məcbur edir. Oyunla bağlı onu deyə bilərəm ki, komandam rəqibdən çox üstün idi. Yeganə çatışmayan amil o oldu ki, yaranmış epizodları qola çevirə bilmədik. Ustalıq səviyyəmizi oyundan oyuna yüksəltməliyik. Düşünürəm ki, bu gün qələbəni düşünməkdən çox kombinasiyalı oyunumuzu düzəltməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button