“Komandam istədiyimi mənə qaytarır” – Azər Bağırov

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış oyundan sonra bunları söyləyib:

“Maraqlı oyun izlədik. Sevindirici məqam odur ki, bir neçə futbolçumuzun səhhətində problem olsa da, bu gün sona qədər mübarizə apardılar. Həm də “Qarabağ”la görüşdən sonra yaxşı oyun nümayiş etdirə bildik.

Yeni qurulmuş komandayıq, hər şey qabaqdadır. Bu gün 27 xal toplamışıqsa və baxımlı futbol nümayiş etdiririksə, bu sevindiricidir. Problemimiz yaratdığımız qol epizodlarından az qismini reallasdırmaqla bağlıdır, bunu aradan qaldırmalıyıq. Çünki rəqiblərimiz bizimlə müqayisədə 2 real epizoddan birini qola çevirir. Sevinirəm ki, komandam meydanda mübarizə aparır və istədiyimi mənə qaytarır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button