“Mən hələ istədiyim kimi oyunçu olmamışam” – “Barselona”nın futbolçusu

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Kataloniya klubunu tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az NOS-a istinadən xəbər verir ki, niderlandlı futbolçu bu iddiaları təkzib edib:

“Mən həmişə olmaq istədiyim klubdayam. “Barselona”da oynamaq arzusunda idim. Amma arzuladığım kubokları hələ qazanmamışam. Mən hələ istədiyim kimi oyunçu olmamışam.

Ciddi titullar qazanmaq istəyirəm, bunu hələ etməmişəm. Meydanda mühüm rol oynamaq və təkmilləşməyə davam etmək istəyirəm.

Qarşıda hələ çox oyun var. Bizim istedadlı komandamız var, lakin sabitlik yoxdur”.

“Barselona” 18 turdan sonra La Liqada 38 xalla 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button