“Biz tarix yazdıq” – Milli komandanın futbolçusu

Kolumbiya millisinin üzvü Xames Rodriqes Amerika kubokunda Argentinanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Rodriqes, 2:0 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Biz tarix yazdıq. Uzun illərdən sonra Argentinanı məğlub edə bildik. Bu, bizim üçün böyük bir uğurdur. Oyunda çox səy göstərdik, qələbə qazanmaq üçün əlimizdən gələni etdik və bacardıq. Komanda yoldaşlarımı təbrik edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button