Koloskovdan UEFA prezidentinin açıqlamasına reaksiya – “İnanmıram”

Rusiya Futbol İttifaqının (RFİ) fəxri prezidenti, FİFA-nın keçmiş vitse-prezidenti Vyaçeslav Koloskov UEFA prezidenti Aleksander Çeferinin Rusiya klublarının yaxın gələcəkdə avrokuboklara qayıtmaya biləcəyi ilə bağlı sözlərinə reaksiya verib.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Koloskov, Çeferinin belə sözlər dediyinə inanmadığını bildirib:

“Çeferinin bunu deyə biləcəyinə inanmıram. Mən onu kifayət qədər yaxşı tanıyıram. O, vicdanlı bir insandır. Çeferin sözünə sadiqdir. Belə ola bilməz. Mən sadəcə buna inanmıram. Çeferin bu yaxınlarda ürəyinin qanadığını söyləmişdi. O, bildirib ki, Rusiyadan olan idmançılar əziyyət çəkməsin. Mən bu mövqeyə inanıram”.

Mayın 2-də UEFA İcraiyyə Komitəsi Rusiya klublarının və milli komandalarının 2022/23 mövsümü üçün qurumun himayəsi altında keçirilən beynəlxalq turnirlərdə iştirakını dayandırıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button