Kollina AFFA-nın baş katibi ilə görüşdü – Bakıda

Bakıda səfərdə olan FİFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina AFFA-nın baş katibi Sərxan Hacıyev və Hakimlər Komitəsinin sədri Barış Şimşəklə görüşüb.

AFFA-dan Komanda.az-a verilən məlumata görə, görüş Bakı Olimpiya Stadionunda keçirilib.

Söhbət zamanı futbol hakimliyinin inkişafı ilə bağlı müzakirə və fikir mübadiləsi aparılıb.

Həmçinin, Kollina ilə Premyer Liqa oyunlarına təyinat alan hakimlərin görüşü də təşkil olunub. FİFA-nın Hakimlər Komitəsinin sədri azərbaycanlı referilərə müvafiq tövsiyələrini verib.

Bu il fevralın 28-də AFFA-nın prezidenti Rövnəq Abdullayev və FİFA-nın prezidenti Canni İnfantino arasında keçirilən görüş zamanı Kollinanın Azərbaycan hakimləri ilə görüşü müzakirə olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button