Klubunun transfer siyasətini “utancverici” adlandırdı

“Borussiya”nın yarımmüdafiəçisi Marko Roys Dortmund klubunun transfer siyasətini tənqid edib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Roys, “Borussiya”nın transfer siyasətini “utancverici” adlandırıb:

“Başqa yerdə inkişaf etməyi xəyal edən, iki, üç və ya dörd ildən sonra gedən istedadlı gənc oyunçularla necə müqavilə bağladığımızı görmək çox utancvericidir.

Həmişə güclü bir komanda yarada biləcəyinizi hiss edirsiz. Bir-iki ildən sonra komanda yenidən dağılır, çünki iki-üç önəmli oyunçu gedir.

Gündoğan, Getse, Sanço, Dembele… Baxın, son illərdə bizim belə futbolçularımız var idi. Onlar komandada qalsaydı, Avropada özümüzü sübut edə bilərdik.

Amma başa düşürəm ki, bu, futbol işidir. Hər kəsin öz məqsədləri var, onları həyata keçirə bilər. Hər kəs özü üçün qərar verir”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button